Linux

Yaxında Burada

Linux = linux.az

Linux – çox populyar, serbest paylanan ve Microsoft Windows-a güclü bir alternativ teşkil eden azad ve açıq menbeli emeliyyat sistemidir. Linux nüvesinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969-cu ilde Finlandiyanın Helsinki şeherinde anadan olmuşdur. O, on yaşında iken babası ona Commodore VIC-20 kompyuterini almış ve Linus da bu kompyuterde babasına bezi statistikaları tutmaqda kömek etmeye başlamışdır. Belelikle, kompyuterle beraber gelen bezi proqramların el kitabçalarını oxuyaraq bir çox sade proqramı öyrenme fürseti elde etmişdir. Helsinki Universitetinin kompyuter elmi bölümüne girdiyi vaxt ise artıq tam teşekküllü proqramçı idi. 1991-ci ilde "C" ve Unix dersleri aldığı vaxt özüne personal kompyuter aldı. Kompyuterle beraber gelen emeliyyat sistemini beyenmediyi üçün öz emeliyyat sistemini yazmağa qerar veren Linus, o vaxt bir hollan professor terefinden yazılan ve menbeleri açıq olan MINIX emeliyyat sistemi ile maraqlanmağa başladı. Belelikle Linux MINIX-den daha yüksek standartlara cavab vere bilen ve Linusun Minix-i kelmelerinden yaranan Linux ortaya çıxdı. Linus Torvalds öz emeliyyat sisteminde GNU yaradıcısı olan Riçard Stallmanın da emeyinin keçdiyini söyleyir, ona göre ki, Linux-un yaradılmasında GNU layihesi terefinden yazılan proqramcıqlar istifade edilmişdi. Linux ictimaiyyete açıqdır ve isteyen her kes onu bir şertle işlede biler, o şert, elave olunan bütün inkişafın gizli, ya da müellif hüquqlu olmaması ve mütleq süretde serbestlikle bölüşülmesidir. Linux-un günümüzdeki yeri bu felsefenin bir meyvesidir. Hazırda Linux dedikde onun nüvesi nezerde tutulur. Bu nüve sistemin esas özeyidir ve mütemadi olaraq Linus Torvalds ve onun telebeleri terefinden tekmilleşdirilir. Bu nüvenin esasında distributivler yığılır ve bizim istifade etdiyimiz emeliyyat sistemleri de bu distributivlerdendir.

-
 
 
 
www.linux.az - Linux
www.azeri.net | www.vakansiya.net | www.xeber.az | www.oyun.az | www.gonca.com