Xəbərlər kateqoriyasında bütün yazılar
Jan
22

Azerbaijan is ready for Linux

Söz verdiyimiz kimi itirilmiş məzmunu hissə hissə bərpa edirik.

2005-ci ildə keçirilmiş bir tədbiri yadınıza salmaq istərdik.

Azərbaycan dilində təqdimata baxa bilərsiniz.

Jan
21

Linux.az yenidən sizinlə

Author admin    Category Xəbərlər     Tags

Bildiyiniz kimi, təxminən 2006-cı ilin əvvəllərində müəyyən texniki və
qeyri-texniki səbəblərdən, Linux.az fəaliyyətini dayandırmışdır.
Bugün saytın bərpası üçün ilk addım atıldı: www.linux.az yenidən işə salındı.
Növbəti addımlar məzmunun bərpası və yeni məlumatların dərc olunması olacaq.

Xatırladaq ki, vaxtı ilə Azərbaycan Linuks İstifadəçiləri Qrupunun bir çox nəaliyyətləri mövcud idi, məsələn, OpenOffice.org.az (OpenOffice.org Azərbaycan lokalizasiyası), Lin.az (Mandriva əsaslı Azərbaycandilli Linuks distributivi), Linuks tabanlı (və həmçinin çox-platformalı) FireFox və Drupal kimi müxtəlif skript və proqram dəstlərinin lokalizasiyaları.

Yaxın zamanda bu istiqamətlərdə fəaliyyətin bərpa olunması üzrə işlər aparılmaqdadır.